XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 17:35

Prezident İlham Əliyev Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb –MƏTN

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və dost Litva xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva dostluq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, bu münasibətlərin bütün sahələrdə qarşılıqlı faydalı şəkildə genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram”.