XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 18:19

Çindən təxliyə olunan azərbaycanlı:“Geri dönüb təhsilimi davam etdirəcəm"

Çinin Uhan şəhərində yayılan koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunan və Ankarada karantindən sonra ölkəyə dönən Azərbaycan vətəndaşları qardaş ölkənin Səhiyyə Nazirliyinə təşəkkür edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində Çində təhsil alan azərbaycanlı doktorant Leyla Quliyeva bildirib.

Doktorant deyib ki, karantin bitdikdən sonra Türkiyənin Səhiyyə naziri sağlamlıq haqqında arayışları onlara şəxsən təqdim edib: “Bunun üçün Türkiyə Səhiyyə Nazirliyinə təşəkkür edirik. Bizə çox yaxşı xidmət göstərdilər”.

O, Çinə qayıdacağını bildirib: “Mütləq Çinə geri dönəcəm və təhsilimi davam etdirəcəm. Bunun üçün universitetin rəsmi cavabını gözləyirəm”.

Qeyd edək ki, Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı artıq vətəndədirlər. (Report)