XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 09:12

Bakı Sumqayıt şossesində yol qəzası baş verib, xəsarət alanlar var –FOTO

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Hadisə Bakı Sumqayıt şossesinin Xırdalan şəhərinə düşən hissəsində qeydə alınıb.

Həsənəli Şamxal Həsən oğlu idarə etdiyi “Geely” markalı nəqliyyat vasitəsilə Xırdalan qəbistanlığının beton plitəsinə çırpılıb. Nəticədə sürücü Ş.Həsənəli və sərnişin xəsarət alıb.

Sürücünün  verdiyi məlumata görə, hərəkətdə olan zaman naməlum markalı avtomobil onun nəqliyyat vasitəsini vuraraq ərazidən uzaqlaşıb. 

Baş dövlət Yol Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. /APA