Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Strateq.az-a verilən məlumata görə, yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 3,9 maqnitudada qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.