Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına yola düşüb.
Xarici İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, səfərdə məqsəd bu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etməkdir.