XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 11:27

Dünyada yarım milyon həşərat növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib –Elmlər Akademiyası

Tədqiqatçıların son araşdırmalarına görə, Yer kürəsində həşəratların 500 min növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytı məlumat yayıb.

Helsinki Universitetinin mütəxəssisləri 1994-cü ildən artropodların biokütləsinin dinamikasını izləyiblər. Alimlər onun 76% azaldığını aydınlaşdırıblar. İnsanların fəaliyyəti nəticəsində tezliklə təxminən 40% həşərat növü tamamilə yox ola bilər.

Həşəratların məhv olmasının qida zəncirləri və yaşam yerləri üçün təhlükəli nəticələrə səbəb olacağı da istisna edilmir. Həmçinin biomüxtəliflliyin kritik ixtisarı təhlükəsi mövcuddur ki, bu da ekosistemlərin və bütövlükdə ekologiyanın kütləvi dəyişikliklərinə gətirib çıxara bilər.

Bunun qarşısını almaq üçün alimlər otları tez-tez biçməməyi, bitkilərin əkilməsi zamanı pestisidlərin istifadəsindən çəkinməyi, qədim ağacları və kötükləri qoruyub-saxlamağı tövsiyə edirlər.