XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 12:59

Azərbaycan balıqların artırılması və mühafizəsinə ötən il 2,3 mln. manata yaxın xərcləyib –Statistika Komitəsi

2019-cu ildə Azərbaycanda vətəgə sahələrində balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2 268,3 min manat vəsait sərf olunub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, həmin vəsaitin 89,7%-i süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 10,3%-i isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

Ötən il balıqartırma müəssisələri tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 131,7 mln. ədəd balıq körpələrinin 127,8 mln. ədədi bitki ilə qidalanan balıq körpələrinin, 3,4 mln. ədədi çəkikimi balıq körpələrinin, 0,3 mln. ədədi nərəkimi balıq körpələrinin və 0,2 mln. ədədi qızılbalıq körpələrinin payına düşüb.