XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 21:18

Bu il I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək –Nazirlik

“2020-2021-ci tədris ili üçün I sinfə qəbul elektron qaydada keçiriləcək. Sistemə qeydiyyat mart ayından başlayacaq”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, bu il ilk dəfə olaraq I sinfə elektron qəbul bütün ölkəni əhatə edəcək.

Xatırladaq ki, bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək.

Azərbaycan Prezidentinin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət vəsiqələrinin fərdi identifikasiya nomrəsi (FİN) əsasında həyata keçirilməlidir.