Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın yerinə 5 təcili yardım briqadası göndərilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Strateq.az-a verilən məlumata görə, 8 nəfərə hadisə yerində yardım göstərilib: “Hadisə zamanı başından xəsarət (travma) alan bir nəfər isə təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb”.