Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə açıqlama yayıb.
Strateq.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan 2 tələbə dünən evinə buraxılıb.
Onların səhhətində hər hansı problem aşkarlanmayıb: “Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır və heç bir şikayəti yoxdur”.