XƏBƏR LENTİ

10 Aprel 2020
09 Aprel 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 13:23

Azərbaycan Albaniyaya yardım göstərəcək –500 min avro

Azərbaycan Albaniyanın zəlzələdən sonra bərpası üçün vəsait ayıracaq.

Brüsseldə keçirilən Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak edən ölkələr ötən il noyabrın 26-da baş vermiş zəlzələdən sonra özünə gəlməsi üçün rəsmi Tiranaya ümumilikdə 1,15 milyard avro ianə, qrant və borc verilməsi üzrə öhdəlik götürüb.

Albaniyaya maliyyə yardımını 100-dən çox ölkə və beynəlxalq təşkilat edəcək. Ən böyük donorlar qismində 115 milyon avro ayıracaq Avropa Komissiyası, 100 milyon avro (bunun 60 milyonu kredit şəklində) ayıracaq Fransa və 70 milyon avro ayıracaq Birləşmiş Ərəb Əmirliyi çıxış edəcək.

Azərbaycan Albaniyaya 500 min avro yardım ayırmağı planlaşdırır.

Xatırladaq ki, Albaniya üçün Beynəlxalq Donorlar Konfransında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da iştirak edib/Report.