XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 16:45

Xəzərdə antiterror təlimləri keçiriləcək –MDB ölkələri tərəfindən

Bu il Xəzərdə MDB ölkələri tərəfindən “Xəzər-Antiterror” adlı təlimlər keçiriləcək.

“İnterfax” xəbər verir ki, MDB Antiterror Mərkəzinin açıqlamasına görə, təlimlərdə Xəzər regionunun təhlükəsizliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Açıqlamaya əsasən, MDB ölkələrinin antiterror qurumları rəhbərlərinin Moskva şəhərində keçirilən sayca 13-cü müşavirəsində üzv ölkələrinin xüsusi xidmət nümayəndələrinin işçi görüşü də keçirilib. Həmin görüşdə “Xəzər Antiterror 2020” müştərək təlimlərə hazırlıq məsələləri müzakirə olunub.

Hazırda sözügedən təlimin ssenarisi və iştirakçıları müəyyənləşdirilir/Report.