XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 22:41

Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub

2020-ci ilin yanvar ayında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 63,1 milyon manatlıq məhsul istehsal edilib.

Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 89,8 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 72,8 faiz artıb.

Yanvar ayında 192 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 91,3 faiz, mancanaq dəzgahlarının istehsalı 2,5 dəfə artıb.