XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 09:17

Hərbi xidmətə çağırışla bağlı dəyişiklik – Döyməsi olan gənclər yoxlanacaq

Bir müddət əvvəl hərbi xidmətə çağırış yaşı çatmış gənclərlə bağlı maraqlı xəbərlər yayılmışdı.

Yayılan xəbərlərə görə, bədəninin müxtəlif nahiyələrində tatu etdirən hərbi xidmətə çağırış yaşlı gənclər məhz buna görə Psixiatriya Xəstəxanasında məcburi müayinəyə cəlb olunublar.

Məlumata əsasən, çağırış zamanı hərbi komissiyanın həkim mütəxəssisi ehtiyac olduğu təqdirdə bədənində tatuajı olan çağırışçını müayinəyə göndərir. Həmin müayinənin nəticəsi olaraq da şəxsin hərbi xidmətə yararlı olub-olmadığı müəyyənləşir. çünki, tatuaj (tatu, döymə) bədənə xəsarət yetirməkdir.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğrudur. Xidmətdən onu da qeyd ediblər ki, Xüsusi Qoşun növlərində müddətli həqiqi hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınaraq, bədənlərinin müxtəlif nayihələrində tatuaj (döymə) etdirən çağırışçılar “mənəvi-psixoloji durumun” müəyyən edilməsi məqsədi ilə Psixiatriya Xəstəxanalarında stasionar şəraitdə müayinəyə cəlb edilirlər.