XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 11:51

Azərbaycan alimi Türkiyədə koronavirusla bağlı tədqiqatlar aparır

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov Türkiyədə koronavirusla bağlı tədqiqatlar aparır.

AMEA-dan APA-ya verilən məlumata görə, alim tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.

Qeyd edək ki, Tərlan Məmmədov, həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsi artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir”.

Bununla yanaşı, azərbaycanlı alim 5-7 mart 2020-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Biotexnologiya Konqresində “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksinlə bağlı məruzə ilə çıxış edəcək.