XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 13:06

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb- DİM

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.

DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.

Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.