XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 15:00

JTI yenidən “ən yaxşı işəgötürən” şirkətdir 

JTI (JapanTobaccoInternational) Azərbaycanda, Avropada, Asiya-Sakit Okean bölgəsində və qlobal olaraq 2020-ci ilin “Ən yaxşı işəgötürən” şirkəti seçilib. AzPolitika.info xəbər verir ki, bu barədə təşkilatın yaydığı pres-relizdə bildirilir.

“Ən yaxşı işəgötürən” qurumlar insanlara önəm verən proqressiv insan resursları siyasəti ilə öz işçilərinə ən yaxşı iş şəraiti yaradır. JTI 2014-cü ildən bəri 7 ildir ki, dalbadal “Ən yaxşı işəgötürən” seçilir.

Ötən illərdə olduğu kimi JTI yenə də Azərbaycanda “Ən yaxşı işəgötürən” adının qazanmış yeganə şirkətdir.

“Ən yaxşı işəgötürən” necə müəyyən edilir?

Bu adı qazanmaq üçün şirkət insan resursları üzrə müstəqil attestasiya şirkəti olan Ən Yaxşı İşəgötürənlər İnstitutu (Top EmployersInstitute) tərəfindən müəyyən edilmiş minimum standartlara cavab verməlidir. Şirkətlər insan resursları sahəsində ən yaxşı praktikalara dair ətraflı sorğu vasitəsilə qiymətləndirilir. 100 sualdan ibarət sorğuda şirkətin istedadların yetişdirilməsi strategiyası, işçi qüvvəsinin planlaşdırılması, istedadların əldə edilməsi, yeni işçilərin adaptasiyası, öyrənmə və inkişaf, fəaliyyətin idarə olunması, liderliyin inkişafı, karyera və ardıcıllığın idarə edilməsi, kompensasiya və müavinətlər və mədəniyyət kimi sahələr müfəssəl dəyərləndirilir.

Ən Yaxşı İşəgötürənlər İnstitutunun Qlobal Attestasiya Proqramı çərçivəsində beş qitədə yerləşən 119 ölkədə və bölgədə 1600-dən çox ən yaxşı işəgötürən şirkət müəyyən edilmişdir.

JTI Qafqaz və Belarusun Baş meneceri Konstantin Fyodorov bu münasibətlə belə demişdir: “Ən yaxşı işəgötürən kimi nüfuzlu mükafat müəyyən etdiyimiz yüksək normaları və işçilər üçün müstəsna iş şəraiti yaratmaq məqsədimizi təsdiq edir. Biz işçilərin seçimi olmaq üçün davamlı təkmilləşmə və innovasiyaya can atırıq, lakin ən əhəmiyyətlisi odur ki, JTI şirkətini onun işçiləri ən yaxşı işəgötürənə çevirir”.

JTI haqqında

 JTI 130-dan çox ölkədə fəaliyyət göstərən aparıcı beynəlxalq tütün və elektron siqaret məhsulları istehsalçısıdır. Şirkət Winstonvə Camel kimi brendlərin ABŞ-dan kənarda sahibidir. Digər brendlərə Sobranie, Mevius və LD daxildir. JTI beynəlxalq elektron siqaret bazarında da Logic və tütün buxar məhsulu Ploom brendləri ilə aparıcı şirkətdir. Mənzil-qərargahı Cenevrədə yerləşən şirkətdə 45,000 əməkdaş çalışır. Azərbaycanda JTI şirkətinin 70 əməkdaşı var. JTI JapanTobacco Şirkətlər Qrupuna daxildir. www.jti.com

Karyera imkanları üçün: https://jobs.jti.com/