XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

19 Fevral 2020 - 18:27

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılacaq- SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.