XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 16:04

Səhiyyə Nazirliyi:"Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir"

Səhiyyə Nazirliyi İranda koronavirusun aşkarlanması və 2 nəfərin dünyasını dəyişməsinin Azərbaycandakı epidemioloji duruma təsirinə aydınlıq gətirib.

Nazirliyin Sanitariya-epidemioloji nəzarəti sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında bildirib ki, hazırda ölkədə koronavirusa qarşı vəziyyət stabildir: “Ölkədə tibbi ləvazimat və maska ehtiyatı da kifayət qədərdir. Eyni zamanda masaların ölkədən çıxarılmasına hökumət tərəfindən qadağa qoyulub”.