XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2020 - 23:18

Londonda məscidin axunduna hücum edən şəxs həbs olundu –FOTO

Britaniya polisi Londondakı məscidin axunduna xəsarət yetirən şəxsi həbs edib.

Bu barədə “The Guardian” xəbər verib.

Qeyd edilib ki, həmin şəxs məscidin 70 yaşlı axundunun boyun nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Şahidlər bildirib ki, silahlı şəxs ibadət başlayan kimi axunda bıçaqla xəsarət yetirib. Onların sözlərinə görə, hadisəni törədən şəxs məscidə müntəzəm gəlirmiş/Report.