XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 13:43

Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq –"Azercell Telekom"un prezidenti

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkətinin 4G şəbəkəsi (LTE) Bakı metrosunu tam əhatə edəcək.

Bunu “Azercell Telekom” şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, şəbəkə həm stansiyaları, həm tunelləri əhatə edəcək.

O həmçinin bildirilib ki, hazırda LTE şəbəkəsi “Elmlər Akademiyası” stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək: “Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də qurulması ilə ciddi məşğuluq”.