XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 10:35

Arif Hacılı: “Müsavatda nəsil dəyişmə prosesi başlanıb”- MƏTBUAT KONFRANSI

arif hacili.jpg

Müsavat qərargahında Müsavat başqanı Arif Hacılı mətbuat konfransı keçirir.
Müsavat.com-un reportyorunun verdiyi xəbərə görə, ilk olaraq, partiya başqanı iştirakçıları salamladı: “Sizləri Müsavat qərargahında salamlayıram. Hazırda ölkəmizdə siyasi məhbuslar əsas problemlərdən biridir. Düşünürəm ki, ciddi siyasi islahatlara ehtiyac var. Bunlar həll olunmalıdır. İqtidar-müxalifət görüşü gedir. Mən də Müsavat başqanı olaraq, dəvət olunmuşam. Amma bu dialoq deyil. çünki mövzu Prezident Administrasiyası tərəfindən müəyyən edilir. Təklif etdiyimiz 3 mövzunu qəbul etsələr, sabahkı dialoqda belə iştirak edərəm. Siyasi məhbuslar problemi həll olunmalıdır, hakimiyyət şərq tərəfdaşlığı sazişini imzalamalıdır, ölkədə siyasi islahatlara başlanmalıdır. Bunlar irəli sürdüyümüz məsələlərdir. Mətbuat, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır”.
A.Hacılı deyib ki, demokratik islahatlar istiqamətində əsas məsələ seçki islahatıdır: “Demokratik seçki üçün şərait yaradılmalıdır. Bu məsələri müzakirə etmək istəsələr, hazırıq”.
Müsavat başqanı son günlər mətbuatın əsas müzakirə mövzusu Müsavatdaxili məsələlərə də toxunub: “Televizya kanalları məsələni şişirdir. 8-ci qurultay tarixi idi. Bir çox ilklərə imza atıldı. İsa bəy üçüncü dəfə namizəd olmadı. Demokratik seçki mühiti oldu. Televizya kanallarının gözü qarşısında səslər sayıldı. Biz hakimiyyətdən bundan artıq seçki şəraiti istəmirik. Deyirlər ki, guya Müsavat avtoritar qaydada idarə olunur. Hazırda yeniləşmə prosesi gedir. Yeni-yeni insanlar rəhbərliyə gəlirlər. Nəsil dəyişmə prosesi baş verir. Bunlar müəyyən fəsadlarla baş verir. 9 nəfər çıxarılıb, istefa verənlər 100-dən azdır. APA məlumat verib ki, guya 55 nəfər Xətaidən istefa verib. Araşdırdıq, tamam yanlış məlumatdır. Yalnız 6-7 nəfər Müsavatla əlaqəsi olan insanın adı siyahıda var”.
Sözünə davam edən partiya rəhbəri deyib: “Bizimlə bu neçə ildə fəaliyyət göstərənlərin hər birinə təşəkkür edirəm. Gedənlərə görə qalanları tənqid etmək doğru deyil. Gedənlərə görə üzülürəm. Hesab edirəm ki, fədakarlıq hamıda eyni ola bilməz. Bəzi rayon təşkilatlarımızda problem var, yoluna yaxın vaxtlarda qoyulacaq. 80 rayon təşkilatımız var. Hər birinin güclü təsir imkanı var. Müsavatın özəyində gedən problemlər belə müzakirə mövzusu olur cəmiyyətdə. Bəzi partiyaların qurultayı Müsavatın özəyi qədər müzakirə mövzusu olmur. Demokratik idarəçilik çox çətindir. Fəsadlar hesabına baş verir. Müsavatda gedən proseslər demokratikliyə gətirib çıxaracaq. İndiyə qədər gələnlər gedənlərdən çoxdur. 300-dən artıq üzv gəlib. Yaxın vaxtlarda mətbuata siyahı təqdim olunacaq”.

A.Hacılı deyib ki, indiki şərtlər çətindir: “Partiyalara gələnlər fədakarlıq edirlər. Strukturlarımız indiki siyasi şərtlərə uyğun şəkildə qurulur. Hazırda Müsavat qərargahında aclıq aksiyası keçirilir. Regionlardan dəstək var. Siyasi məhbus problemi başlıca problemdir. Məhbuslarımzıın sayı Belarusdan çoxdur”.
Müsavat başqanı son günlərdə partiyanın adından istifadə edib, mühacirətə gedənlərə dair suala belə cavab verdi: “Gedənlər əksərən gənclərdir. Adlarını təmiz saxlamaq istəyən gənclər ölkəni tərk edirlər.

Təkcə Müsavatdan yox digər partiyalardan da gedənlər var. Sui-istifadə halları olur. İşsizliyin fəsadlarıdır”.

“Müsavat qardaşlar partiyasıdır” sualına cavab verən A.Hacılı deyib:” Qardaşım Mustafa Hacıbəylinin böyük xidmətləri var. Fəxr edirəm ki, qardaşlarım demokratik düşərgədədirlər. Müsavat qardaşlar partiyası deyil”.
A.Hacılı deyib: “Müsavat başqanıyam. Bütün məsuliyyət mənə aid edilir. Normaldır. Daima hədəfdəyəm.

Azərbaycanda son icazəsiz aksiya Müsavatın qərargahı qarşısında olub. Etiraz edənlərdən üç nəfər partiyadan çıxarılıb. Aksiya ilə bağlı deyil. Piketdən əvvəl məsələ gündəmə çıxarılmışdı. Dəfələrlə partiya əleyhinə təhqir, şər, böhtanlar səsləndiriblər.

çıxarılanların içərsində hakimiyyətlə əlaqələri olanlar ola bilər.

Hakimiyyətlə dialoq məsələsinə dair verilən suala Müsavat başqanı belə cavab verib: “Dediyimiz mövzu dialoqda olmasa, iştirak etməyəcəyik. Hakimiyyət Qərbdən çəkinmədəyini nümayiş etdirmək istəyir. İqtidarın müxalifətlə görüşmək təklifini pozitiv addım kimi dəyərləndirirəm.

Seçkilərdə iştirak edəcəyik. 70 -ə yaxın dairədən namizədlərlə bağlı müzakirə yekunlaşıb”.




Yuxarı Əvvələ Ana Səhifə