XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 14:17

Yeni “010” prefiksi iki həftəyə istifadəyə veriləcək –"Azercell"

“Azercell Telekom” şirkəti yaxın iki həftə ərzində yeni “010” prefiksini istifadəyə verməyi planlaşdırır.

Bunu “Azercell Telekom” şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

Onun sözlərinə görə, şirkətin şəbəkəsi texniki olaraq buna tam hazırdır: “Yeni prefiks həm yerli operatorlar tərəfindən, həm də rouminq tərəfdaşlarının şəbəkəsində tanınmalıdır. Yerli operatorlar tərəfindən prefiks, demək olar ki, tanınıb. Bəzi texniki məsələlər bitən kimi biz bunu bazara çıxaracağıq. Söhbət bir neçə gündən, bir və ya iki həftədən gedə bilər”.