XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 15:13

Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

Keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir. (apa)