XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 21:31

Son gündə ən yaxşı nəticəyə “Mercedes” komandası imza atdı –"Formula 1"

Bu gün “Formula 1” üzrə dünya çempionatının mövsüm öncəsi ilk test sessiyasına yekun vurulub.

İspaniyanın Barselona şəhərindəki “Katalunya” trasında keçirilən sonuncu gündə ən yaxşı nəticəyə Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas imza atıb – 1 saat 15,732 saniyə (65 dövrə).

“Mercedes”in digər sürücüsü Lüis Hemilton isə 1 saat 16,516 saniyə (73 dövrə) göstərici ilə ikinci olub. İlk “3-lüy”ü 1 saat 17,102 saniyə (76 dövrə) nəticə ilə Fransanın “Reno” kollektivinin pilotu Esteban Okon tamamlayıb.

Test sessiyasının ilk günündə ən yaxşı göstəriciyə 1 saat 16, 976 saniyə (94 dövrə) nəticə ilə “Mercedes” komandasının pilotu Lüis Hemilton imza atmışdı. İkinci gündə isə İsveçrənin “Alfa Romeo” komandasının pilotu Kimi Raykkonen hamını qabaqlamışdı.

Qeyd edək ki, mövsüm öncəsi ikinci test sessiyası 26-28 fevralda olacaq. “Formula 1” üzrə 2020-ci il dünya çempionatında ilk Qran-pri 13-15 martda Avstraliyadakı “Albert Park” trasında keçiriləcək. Mövsümə 27-29 noyabrda Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 5-7 iyunda olacaq. (Report)