XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

22 Fevral 2020 - 20:11

Azərbaycan Premyer Liqası:"Keşlə" "Zirə"ni böyük hesabla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ikinci matçında “Keşlə” “Zirə”ni qəbul edib.

“ASK Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Keşlə”nin qollarını 20-ci və 71-ci dəqiqədə Şahrux Qadoyev, 45-ci dəqiqədə Vüsal İsgəndərli, 90-cı dəqiqədə isə Pərviz Azadov vurub.

Xallarının sayını 29-a yüksəldən “Keşlə” üçüncü yerdədir. “Zirə” isə hələ ki, 20 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sabah” – “Səbail” və “Qarabağ” – “Sumqayıt” qarşılaşmaları ilə yekun vurulacaq.