XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2020 - 21:13

Xüsusi peşə təhsili müəssisələrinin vəzifələri artırılıb- Nazirlər Kabineti

Nazirlər Kabineti “Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, peşə təhsili müəssisəsinin fəaliyyətinin məqsədi və istiqamətləri sırasına yetkinlik yaşına çatmayanların psixoloji korreksiyasını təmin etmək daxil edilib.

Müvafiq olaraq peşə təhsili müəssisəsinin vəzifələri də artırılıb. Bu vəzifələr sırasına “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək daxil edilib.