XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

23 Fevral 2020 - 22:19

Türkiyə superliqası:"Fənərbaxça" 20 ildən sonra evində "Qalatasaray"a məğlub oldu

Bu gün Türkiyə superliqasında “Fənərbaxça” evində “Qalatasaray”la qarşılaşıb.

Strateq.az xəbər verir ki, gərgin keçən matçın 84-cü dəqiqəsində hər iki komandadan bir oyunçu (Turunc və Belhanda) qırmızı kartla meydandan qovulub. Bununla yanaşı, “Fənər”in  baş məşqçısi Ərsun Yanal da 67-ci dəqiqədə qırımız kartla meydandan çıxarılıb.

Oyuna gəldikdə isə, ev sahibləri Krusenin 21-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı açsa da, “Aslan”lar 40-cı dəqiqədə Donk, 80-də penaltidən Falkao və 90+6-cı dəqiqədə isə Onyekurunun qolları ilə derbidən qalib ayrılıblar – 1:3.

Qeyd edək ki, “Fənərbaxça” 20 il ildir evində 3 böyüklərə – “Qalatasaray”, “Beşiktaş” və “Trabzonspor”a məğlub olmurdu. Lakin “Qalatasaray” bu gün bu məğlubiyyətsizlik seriyasını pozaraq, daha bir tarix yazıb.

Bu qələbə sayəsində “Qalatasaray” 45 xalla 2-ci pilləyə yerləşib. “Fənərbaxça” isə 38 xalla 6-cı yerdə qərarlaşıb.