XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 11:59

Dövriyyəyə qızıl yubiley və xatirə pul nişanları buraxılıb –AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2019-cu il ərzində 748 ədəd qızıl, 45 ədəd qızıl-platin, 967 ədəd gümüş və 84 ədəd kupronikeldən olan ümumilikdə 1 844 ədəd yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılıb.

AMB-dən verilən məlumata görə, pul nişanları beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında 999 əyarlı qiymətli metallardan istehsal edilib.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən satışda olan yubiley və xatirə pul nişanları barədə məlumatlar Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsində yerləşdirilir.

Xatırladaq ki, AMB tərəfindən ölkənin görkəmli şəxsiyyətlərinə, tarixinə, mədəniyyətinə, incəsənətinə həsr olunmuş, eləcə də ictimai-siyasi və tarixi proseslərini əks etdirən mövzulara aid, müxtəlif qiymətli metallardan hazırlanmış yubiley və xatirə pul nişanları istehsal olunaraq tədavülə buraxılır.