XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 14:04

“Azərbaycanla əlaqələrimiz yüksək səviyyədədir” –Britaniya səfiri

“Azərbaycanla əlaqələrimiz yüksək səviyyədədir”.

Bunu bu gün Qubaya səfər edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib. Onun sözlərinə görə, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri Böyük Britaniya olub.

C.Şarp bildirib ki, Böyük Britaniyanın Azərbaycanda böyük investisiyası var: “Düşünürəm ki, Böyük Britaniya Azərbaycana ən böyük investisiya edən ölkədir. Demək olar ki, son 30 ildə biz Azərbaycanın inkişafına dəstək olmuşuq. Ümid edirik ki, bundan sonra Azərbaycanla daha yaxından əlaqələr quracağıq”, – deyə səfir əlavə edib. (apa)