XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 18:11

Maliyyə Monitorinq Xidmətinin nizamnaməsində dəyişiklik edilib –Fərman

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzalayıb.

Fərmana əsasən, xidmətin idarə olunmasında dəyişiklik edilib. Belə ki, xidmətə rəhbərliyi sədr və 2 müavindən ibarət İdarə Heyəti həyata keçirir. Dəyişikliklə İdarə Heyətinin sədri İqtisadiyyat nazirinin müavini olacaq. İdarə Heyətinin sədrini və onun müavinlərini Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.