XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2020 - 14:12

İranın Qərbi Azərbaycan vilayətində zəlzələ olub- 4.3 bal gücündə

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4.3 bal gücündə zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 02:44-də 7 km dərinlikdə baş verib.

Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, İranın Qərbi Azərbaycan əyalətində fevralın 23-də də zəlzələ baş verib, xeyli sayda insan xəsarət alıb.