XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2020 - 16:56

Koronavirus təhlükəsi:Avropa İttifaqı "Şengen"i dayandıra bilər

“Avropa İttifaqı ölkələri Şengen Məcəlləsinə uyğun olaraq, insanların sərbəst hərəkətini dayandırmaq və koronavirusun yayılması nəticəsində ictimai sağlamlığa təhdidlər yarandığından müvəqqəti sərhəd nəzarətini bərpa etmək hüququna malikdir”.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

“Amma Avropa Komissiyasının nöqteyi-nəzərindən bu cür hərəkətlər elmi qiymətləndirmələrə əsaslanmalı və Aİ səviyyəsində koordinasiya edilməlidir”, – D.Spinant bildirib/Report