XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 14:44

Cəlilabadda koronavirusla bağlı xəstəxanaya daha 29 nəfər daxil olub- RƏSMİ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

APA xəbər verir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün həkim müayinəsi üçün xəstəxanaya 29 nəfər daxil olub. Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Xatırladaq ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə 52 nəfərdən 2-sinin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Nazirlik ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.