XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

26 Fevral 2020 - 20:02

Bakı Atatürk Liseyi Xocalı soyqırımı qurbanlarını andı- FOTOLAR

Türk Dünyası Bakı Atatürk Liseyi də Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

Liseyin direktoru Eyləm Gültəkin başda olmaqla, müəllim və şagird kollektivi “Xocalıya ədalət” yürüşü keçirib. Həmçinin Xocalıda faciəvi şəkildə həyatını itirmiş günahsız insanların əziz xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Liseyin direktoru Eyləm Gültəkin dünya birliyinin Xocalıda baş verənlərə susqunluq nümayiş etdirməsini utancverici hal adlandırıb:

“Bu atəş 28 ildir içimizdə yanır. Xocalıda qətl edilənlər, torpağını tərk etmək məcburiyyətində qalanlar, o qiymətli torpaqlar… Buna qətl də demək olmur. Heyvanın heyvana etmədiyini ediblər… Biz 28 ildir insan haqları təşkilatlarını, bütün Avropanı addım atmağa dəvət edirik, heç bir nəticəsi yoxdur. Lakin bizlər, eləcə də Türk dünyası bunu heç vaxt unutmayacaq”.

 

 

Strateq.az