XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 15:04

Nazir Vilayət Eyvazov Şirvanda vətəndaşları qəbul edəcək- Bu tarixdə

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən 2020-ci il fevral ayının 28-də Şirvan şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.