XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Fevral 2020 - 16:08

Gürcüstanda karantinə alınanlar arasında Azərbaycan vətəndaşı var? –Açıqlama

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus ehtimalı ilə yerləşdirilən pasiyentlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə “Report”un yerli bürosunun sorğusuna cavab olaraq xəstəxanadan bildirilib.

Qeyd olunub ki, tibbi nəzarətə götürülənlərin dördü azərbaycanlıdır və onlar Gürcüstan vətəndaşlarıdır.

Qeyd edək ki, Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze hökumətin bugünkü iclasında dörd Azərbaycan vətəndaşının koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini bildirib.