XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 19:40

Gürcüstan DİN:“Qırmızı körpü”də sərnişinlər intensiv müayinə olunurlar

Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsində sərnişinlərin intensiv tibbi müayinəsi həyata keçirilir.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məntəqədə tibbi heyət daimi olaraq növbə çəkir.

Qonşu ölkənin digər sərhəd-keçid məntəqələri və Tbilisi, Kutaisi və Batumi hava limanlarında da tibbi müayinə gücləndirilib.

Məntəqələrdə sərnişinin sağlamlıq durumu ilkin qiymətləndirilir və müvafiq yoxlamalar aparılır. Ölkəyə daxil olanların səfər tarixçələrinə də xüsusi diqqət yetirilir. Zərurət yarandığı halda, tibbi briqada çağırılır və müvafiq prosedurlar həyata keçirilir/Report.