XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 21:32

Gürcüstan və Ermənistanın müdafiə nazirləri sənəd imzalayıb –Yerevanda + FOTO

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Ermənistana rəsmi səfər edib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir səfər çərçivəsində ermənistanlı həmkarı David Tonoyanla görüşüb.

Tərəflər bölgədə sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İ.Qaribaşvili ermənistanlı həmkarına Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşün sonunda nazirlər Gürcüstan və Ermənistan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq haqqında plan imzalayıblar/Report.