XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 11:24

Müəllim olmaq istəyənlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb –Təhsil Nazirliyi

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi  hazırlanıb. 

Təhsil Nazirliyindən  verilən məlumata görə, qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir.

Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq.