XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 12:39

Azərbaycan qlobal təhlükəsizliyə töhfə verir –XİN

“Azərbaycan uzun illərdir BMT-nin inkişafına və dəstəklənməsinə töhfə verir. Xalqımız və Azərbaycan hökuməti BMT dəyərlərini bölüşür”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva ADA Universitetində BMT-nin 75 illiyinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandığı dövrlə müqayisədə çox dəyişib, ölkə qarşısında duran çətinliklər daha mürəkkəb olub.

“Azərbaycan həmişə BMT-nin prinsiplərə və Nizamnaməsinə sadiq olub. Azərbaycan qlobal təhlükəsizlik və sabitlik sisteminin qorunması üçün BMT-nin sülhməramlı missiyalarına töhfə verib”, – XİN rəsmisi bildirib.

L.Abdullayeva xatırladıb ki, Azərbaycan həmçinin BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür.

O, Azərbaycanın Qoşulmama Hərəkatına 3 aylıq sədrliyi dövründə 27 bəyanat, 3 kommünike və 5 qətnamə ilə çıxış etdiyini vurğulayıb.

“Azərbaycan multikulturalizmi və tolerantlığı inkişaf etdirməyi prioritet sayır”, – XİN sözçüsü söyləyib.