XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 February 2020 - 13:39

Tokio-2020:ulduz səfirlərin adları açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarının ulduz səfirlərinin adları açıqlanıb.

Dördilliyin ən mötəbər turnirinin ölkəmizdəki təbliğatı ilə məşğul olacaq azərbaycanlı məşhurlar müəyyənləşib.

Bunlar Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, eyni zamanda Tokio-2020-də Azərbaycan yığmasının şef-de-missionu olacaq Fərid Mansurov, tanınmış idmançılarımız Hacı Əliyevlə (güləş) Rafael Ağayev (karate), Fəridə Əzizova (taekvondo) və Rüstəm Orucovdur (cüdo). Həmçinin son mötəbər yarışlarda ulduz səfir funksiyasını yerinə yetirən xalq artisti Tünzalə Ağayeva da yenə eyni rolda çıxış edəcək. Karyerasını davam etdirən atletlərimiz ulduz idmançı səfir funksiyasını daşıyacaqlar.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək. (Apasport.az)