XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 14:32

“Artıq dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə təəccüblənmirik” –Çingiz Hüseynzadə

“Ötən ilin sonunda ölkə başçısı İlham Əliyev idmançılarla görüşü zamanı bizim Olimpiya Oyunlarındakı iştirakımızın əhəmiyyətindən danışdı. Bildirdi ki, idman geniş şəkildə təbliğ olunmalıdır”.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında Tokio-2020 Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimində deyib.

Tədbirdə çıxış edən Hüseynzadə bildirib ki, Olimpiya Oyunları dünyanın ən böyük hadisədir: “Könüllülər və tərəfdaşlar olmasa, belə böyük tədbiri təşkil etmək mümkün deyil. Könüllülərin fədakarlığı olmasaydı, nə Avropa Oyunlarını, nə də İslam Həmrəyliyi Oyunlarını belə yüksək səviyyədə təşkil edə bilməzdik. Eyni zamanda, tərəfdaşlarımızın rolunu da vurğulamaq istərdim. Biz artıq dünya və Avropa çempionatlarının ölkəmizdə keçirilməsinə təəccüblənmirik. Artıq kompleks tədbirləri yüksək səviyyədə təşkil edirik”.

Qeyd edək ki, XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda, XV Yay Paralimpiya Oyunları isə 25 avqust – 6 sentyabrda keçiriləcək. (Apasport.az)