XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 15:58

Azərbaycan ötən ay 1,8 mln. dollarlıq optik peyk xidmətləri ixrac edib –Nicat Hacızadə

Bu ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib: “ASC-nin 2020-ci ilin yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir”.