XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

28 Fevral 2020 - 17:02

Avropa Liqası:1/8 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn ay üz-üzə gələcək 8 cütlük müəyyənləşib.

Onlardan birində bu gün üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib. Digər 7 cütdə isə hər iki komanda artıq bəllidir.

Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen” ilə görüşəcək. İlk matç evdə təşkil olunacaq.

Qeyd edək ki, 1/8 finalın oyunları martın 12-də və 19-da keçiriləcək. (Apasport.az)