XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 10:12

Xalq artisti Ağaxan Salmanlı vəfat edib

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı vəfat edib.

Bu barədə APA-ya teatrın mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, aktyorun səhhətində ciddi problemi olmayıb: “Dünən nəvəsinin toyu idi. Səhərə yaxın vəfat edib. Çox güman bu gün dəfn olunacaq”.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb.

Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib.

1978-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin.