XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

29 Fevral 2020 - 16:36

İtaliyada 5 oyun təxirə salındı –Koronavirusa görə

İtaliya A Seriyasının XXVI turunun bu həftəsonu keçirilməli olan 5 oyunu ləğv olunub.

“Report” çempionatın rəsmi saytına istinadən xəbər verir ki, “Yuventus” – “İnter”, “Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL və “Sassuolo” – “Breşiya” matçları koronavirus epidemiyasına görə təxirə salınıb. Qarşılaşmalar mayın 13-də baş tutacaq.

Bu oyunların əvvəlcə azarkeşsiz keçirilməsi planlaşdırılsa da, sonradan A Seriyasının rəhbərliyi qərarını dəyişib.

Qeyd edək ki, bundan əvvəl XXV turun “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” görüşləri də eyni səbəbdən təxirə salınıb.