XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 12:39

Meksikanın səfiri Zakir Həsənovla görüşüb

 

meksika zakir

 

Meksikanın Azərbaycandakı səfiri  Rodriqo Labardini  Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşüb.

 

Meksikanın ölkəmizdəki səfriliyindən Strateq.az-a bildiriblər ki, görüşdə hazırkı regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, qonağa Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun həlli prosesindəki durum barədə məlumat verilib.

 

Səfir Labardini, öz növbəsində, Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən söz açıb, mümkün əməkdaşlıq sahələrini qeyd edib. Adıçəkilən sahələr sırasında hərbi, hərbi təhsil, terrorizm və narkotrafik ilə mübarizə sahələri yer tutur. Bundan əlavə, hər iki ölkə arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyi vurğulanıb.

 

Strateq.az