XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2020 - 12:09

İsmayıllıda yol-nəqliyyat hadisəsi:ölən və yaralanan var

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Quşencə kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Əliyev Eysan Nemət oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca və qaz borusuna çırpılıb.

Hadisə zamanı sürücü E.Əliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Xələfov Səbuhi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /APA