XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

01 Mart 2020 - 12:35

İsmayıllıda evdə partlayış baş verib:xəsarət alanlar var

İsmayıllı rayonunda evdə partlayış baş verib.

Hadisə rayonun Quşencə kəndində qeydə alınıb.

Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızması səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev  yararsız hala düşüb. Ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır. /APA